Prezident seçkisində Cəmil Həsənlinin namizədliyi ilə iştirak edən Milli Şura İctimai Televiziyadan ödənişli efir vaxtı almaq istəyir. Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Elman Fəttah və vəkili Məcid Mərcanlı sentyabrın 23-də bu məqsədlə İctimai Televiziyada olublar.
Elman Fəttahın “Media forum”a dediyinə görə, onlar bir saatdan çox gözləsələr də, müqavilə bağlaya bilməyiblər: “Bizə dedilər ki, kommersiya şöbəsinin müdiri yerində yoxdur. Axırda da bildirdilər ki, sabah gəlin. Məcbur olub geri qayıtdıq. Baxaq görək sabah nə olacaq”.