Azərbaycan Demokrat Partiyası Mərkəzi Seçki Qərargahı prezidentliyə namizəd S.Cəlaloğlunun təbliğat-təşviqat kampaniyası ilə bağlı ayrı-ayrı seçki məntəqələrində qanun pozuntusu halları barədə məlumat yayıb. Qərargahdan Modern.az-a verilən məlumata görə, 23 saylı Nəsimi-Səbail seçki dairəsi 7, 8, 16, 17, 23 saylı məntəqələrdə S.Cəlaloğlunun lövhələrdən asılan şəkilləri cırılıb. 9 saylı Binəqədi 2-ci seçki dairəsi 15, 16 saylı məntəqələrdə yerləşən lohvələrdən S.Cəlaloğoğlunun şəkilləri çırılıb, yerinə namizəd F.Quliyevin şəkilləri asılıb. 20 saylı Nərimanov 2-ci seçki dairəsi 1, 31 saylı məntəqələrdə S.Cəlaloğluna məxsus plakatlar löhvələrdən çıxarılıb. 19 saylı Nərimanov 1-ci seçki dairəsi 22, 24 saylı məntəqələrdə namizəd S.Cəlaloğlunun şəkilləri çırılıb kənara atılıb. 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-masallı seçki daairələrində yerləşən məntəqələrdə S.Cəlaloğlunun şəkilləri çırılıb kənara atılıb.
33 saylı Xətai 1-ci seki dairəsi 20, 21 saylı məntəqələrdə, 34 saylı Xətai 2-cü seçki dairəsi 19, 18, 20, 21 saylı məntəqələrdə, 35 saylı Xətai 3-cü seçki dairəsi 1, 2, 3 saylı məntəqələrdə prezidentliyə namizəd S.Cəlaloğluya məxsus plakatlar çırılıb. “27 saylı sabunçu 2-ci seçki dairəsi 7 saylı məntəqəsi məntəqə seçki komissiyasının üzvü valideyn iclası adı altında tolantı təşkil edərək, hakimiyyət komandasının prezidentliyə namizədi i.Əliyevə səs verməyə çağırıb. Baş verən qanun pozuntuları, yaradılan süni manelərin aradan qaldırılması və müvafiq tədbir görülməsi üçün ADP mərkəzi Seçki qərargahının rəhbəri Taliyət Əliyev Mərkəzi Seşki komissiyasına müraciət edib”-deyə ADP bildirib.