«Debat zamanı butulkanı başqasının üzərinə atılması faktından sonra Milli Şuranı ittiham etmək rejimin ömrünü uzatmaq cəhdidir»
YAP Milli Şuranın sentyabrın 22-də keçirdiyi təbliğat-təşviqat mitinqində baş verənlərlə MSK-ya müraciət etmək fikrindədir. Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. S. Novruzov iddia edir ki, mitinqdə çıxış edənlər Seçki Məcəlləsinin, o cümlədən digər qanunvericiliyin tələblərini pozublar. YAP funksioneri deyib ki, mitinqdə guya YAP-ın və namizədimizin ünvanına çox ciddi təhqirlər, şər və böhtanlar səsləndirilib. Bu üzdən hər bir fakt üzrə MSK-ya və aidiyyəti qurumlara rəsmi müraciət olunacaq.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, S.Novruzovun açıqlaması bir daha Azərbaycanda hüquqi nihilizmin hökmran olduğunu sübut edir: «Bu ölkə qanunlarla idarə olunmadığına görə, hər yalanı həqiqət kimi təqdim etmək imkanlarından bəhrələnərək, kimin ağlına nə gəlirsə onu danışır. Milli Şuranın 22 sentyabr aksiyasında heç bir təhqir elementi olmayıb. Hətta müəyyən pozuntu olubsa belə, bu demokratik qüvvələr barəsində deyilənlərin yüzdə biri deyil. O cür təhqiramiz ifadələrdən, debat zamanı butulkanı başqasının üzərinə atılması faktından sonra Milli Şuranı ittiham etmək sadəcə olaraq rejimin ömrünü uzatmaq üçün atılan addımdır».
Xəyal