Azərbaycanda daha bir zəlzələ oldu

Səhər saatlarında Qobustandan 20 km cənub-qərbdə zəlzələ qeydə alınıb

Bu gün səhər saatlarında Qobustanda zəlzələ baş verib. ANS PRESS-in Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 09:04 radələrində Qobustandan 20 km cənub-qərbdə qeydə alınıb. Zəlzələnin maqnitudası 3,50 olub.