Eldar Ibrahimov Hafiz Hacıyevi ittiham etdi

Qalmaqallı debatın iqtidarda aranı qatdığı barədə məlumat təsdiqlənir

Parlamentin aqrar siyasəti komitəsinin rəhbəri, hakim Yeni Azərbaycan Partiyasının deputatı Eldar Ibrahimov hesab edir ki, bu partiya və onun prezidentliyə namizədinin Müasir Müsavat Partiyasını rəhbəri Hafiz Hacıyevin xidmətlərinə ehtiyacı yoxdur. “Turan”ın məlumatına görə, Eldar Ibrahimov Hacıyevin teledebatlarda müxalifət nümayəndəsi Cəmil Həsənlini təhqir etməsini və ona butulka atmasını pisləyib.
Onun sözlərinə görə, Hafiz Hacıyev Cəmil Həsənlinin ailə üzvlərini təhqir etdikdən sonra Milli Şuranın namizədi Ilham Əliyev haqqında xoşagəlməz şeylər deməyə başlayıb.
“YAP-ın və onun namizədinin Hacıyevin bu ”qəhrəmanlığına” ehtiyacı yoxdur”, – deyə o, bildirib.
Xatırladaq ki, “Azadlıq” dünənki sayında qalmaqallı debatın iqtidarda aranı qarışdırdığı barədə məlumat vermişdik. Bildirmişdik ki, iqtidarda seçkinin keçirilməsinə məsul olan Paşayevlər qrupu rəqib “Naxçıvan” klanı tərəfindən hədəfə alınıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərlik etdiyi “Naxçıvan” klanı debatda baş verənləri seçkini keçirməyə iddialı olan qruplaşmanın səriştəsizliyi kimi dəyərləndirir. Onların fikrincə, bu səriştəsizlik ölkə başçısının və onun ailəsinin hədəfə gəlməsinə səbəb olub.
Ramiz Mehdiyevə yaxın şəxslərdən biri olan Eldar Ibrahimovun bu açıqlaması yazdıqlarımızın təsdiqi sayıla bilər.