İTV qarşısında saxlanılanlar sərbəst buraxıldı

Prezidentliyə namizədlərin təşviqat kampaniyası çərçivəsində bu gün İctimai Televiziyada üçüncü çıxışlar oldu. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənliyə dəstək üçün telekanalın qarşısına toplaşmaq istəyənlərin bir neçəsi saxlanılıb.

Bu barədə “Azadlıq”a AXCP gənclər komitəsinin üzvü Nihad Hüseyn məlumat verib. Onun sözlərinə görə, polis İTV-nin binası qarşısına gələn beş cəbhəçi gənci saxlayıb.

“Keçmiş vicdan məhbusu Tural Həsənzadə, Türkel Azərtürk, Eltac Əlisoy, Ziya Rəhimli və Təbriz Mirzəyev kanalın qarşısına çatan kimi polis həbs etdi. Onları yasamal rayon polis idarəsinə apardı. Polis cəbhəçilərə debat bitəndən sonra sərbəst buraxacaqlarını deyib. Elə də oldu, debat bitəndən sonra AXCP-nin 5 üzvünün hamısı sərbəst buraxıldı”.