Putin Ukraynanı hədələdi

Rusiya prezidenti Vladimir Putin Ukrayna Nazirlər Kabinetinin Avropa Birliyi ilə Assosiasiya haqqında razılaşma layihəsini dəstəkləmək qərarının şərh edib. Putin deyib ki,əgər Ukrayna əvvəlcə Gömrük Ittifaqına qoşularsa, sonradan Rusiya ilə birlikdə Avropa ilə əməkdaşlıqda daha yaxşı şərtlər əldə edə bilərdi.

“Biz hesab edirik ki, əsas ticarət tərəfdaşımız olan Avropa ilə ticari və iqtisadi əlaqələrə dairyaxşı şərtlər əldə etmək üçünbizdə daha çox şanslar olardı”, deyə Putin bildirib.Bundan başqa o, Kiyevi xəbərdar edib ki, Ukrayna və AB arasında azad ticarət zonası yarandıqda Rusiya öz bazarını ucuz Ukrayna mallarının axınından qoruyacaq. “Biz ona görə də qabaqcadan xəbərdar edirik. Biz hər şeyi anlayırıq, bu sizin seçiminizdir, lakin nəzərə alın ki, biz öz bazarımızı qorumalı olacağıq və qoruma vasitələrini işə salacağıq. Biz bunu sizə açıq və səmimi deyirik”, deyə prezident əlavə edib(APA).