29 yaşlı Qərib Ələkbərovun qətlinin sifarişçisi ona borclu olan Moskva sakini olub
Rusiyanın paytaxtı Moskvada Azərbaycan vətəndaşını sualtı ov üçün nəzərdə tutulan oxla (arbalet) qətlə yetirən qadın və qətlin sifarişçisi yaxalanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskva polisinin apardığı əməliyyat nəticəsində 29 yaşlı azərbaycanlı Qərib Ələkbərovu 33 yaşlı qadının qətlə yetirdiyi aşkar edilib.
Xatırladaq ki, hadisə sentyabrın 12-dən 13-nə keçən gecə Moskva dairəvi yolundan 30 metr uzaqda törədilib.
Polisin ilkin açıqlamasında qeyd edilir ki, Q.Ələkbərov Moskva sakininə borc verib. Adı açıqlanmayan şəxs borcunu qaytarmamaq üçün onun qətlini sifariş verib. Bu məqsədlə o, 33 yaşlı Jeleznodorojnıy şəhər sakini olan qadınla razılaşıb.
Qətlib sifarişçisi boş vaxtlarında “arbalet” adlı silahla atıcılıqla məşğul olub.
“Qadın qətli törətmək üçün Azərbaycan vətəndaşı ilə kafelərdən birində tanış olub. O, qurbanını guya qardaşı ilə tanış etmək üçün hadisə yerinə gətirib. Qardaşı kimi təqdim etdiyi şəxslə görüşdə isə qadın azərbaycanlı gənci kürəyindən vurub. Aldığı xəsarətlərdən 1983-cü il təvəllüdlü azərbaycanlı hadisə yerindəcə ölüb”.