Cəmil Həsənli gənclərə vəd verdi

Milli Şuranın 22 sentyabra təyin etdiyi mitinqə ciddi hazırlıq gedir. Mitinqin uğurlu alınması üçün çoxşaxəli iş aparılır. Bura insanların mitinqdə kütləvi iştirakından tutmuş, Milli Şuranın əsas şüarlarının daha çox yayılmasına qədər ideyaların reallaşması daxildir.

Milli Şuranın mitinqdə qaldırılacaq şüar və plakatlarının hazırlanması ilə seçki qərargahında AXCP Gənclər Komitəsi xüsusi məşğul olur.

Ötən gün Milli Şuranın vahid namizədi Cəmil Həsənli və AXCP sədri Əli Kərimli görülən işlərlə tanış olmaq üçün cəbhəçi gənclərə baş çəkiblər.

Görülən işləri təqdir edən Cəmil Həsənli gənclərin həmişə avanqard olduğunu vurğulayıb və qurulacaq yeni, demokratik Azərbaycanda gənclərin öz ideyalarını daha asan reallaşdıracağını söyləyib.