Osmanlı imperiyasının sultanı Süleymanın ürəyinin basdırıldığı yeri axtaran arxeoloqlar qədim Osmanlı şəhərinin xarabalıqları ilə rastlaşıblar.
Alimlər düşünür ki, onlar Macarıstanın cənub-qərbində Siqetvar qəsri rayonunda sultanın qəbri ətrafında tikilmiş şəhəri ortaya çıxara biliblər.
Qanuni Sultan Süleyman 1566-cı ildə Siqetvarın mühasirəsi zamanı həlak olub. Onun ürəyi qalanın yaxınlığında basdırılıb, cəsədi isə İstanbula aparılıb (ans press).