“Əgər Azərbaycandakı diktatorluq yasaq qoymasaydı qapı-qapı gəzib Cəmil Həsənlinin təbliğatın aparardım”
1994-cü ildən 1999-cu ilə kimi Türkiyənin Bakıdakı səfirliyində mətbuat attaşesi vəzifəsində çalışmış Turqut Ər Cəmil Hsənliyə dəstək məktubu göndərib. Məktubu olduğu kimi dərc edirk. “Azərbaycan və azərbaycanlılar çağdaş demokratiyanı haqq etmişdir. Bu ərəfədə keçiriləcək prezident seçkilərində də Azərbaycan xalqı özünün layiq olduğu ve haqq etdiyi hüquqi dövlətin, qanuni hakimiyyətin bərqərar edilməsi üçün şübhəsiz, öz iradəsini ortaya qoyacaq, millətin hürr iradəsinin nələrə qadir olduğunu göstərəcəkdir. Azərbaycan xalqının azadlığı uğrunda uzun illərdən bəri davam edən müxalif, vetənpərvər, demokratiya uğrunda hər cür məhrumiyyətlərə sinə gərən insanların və onların sayğılı liderlərinin birləşərək Cəmil Həsənli kimi bir şəxsiyyəti prezidentliyə namizəd göstərməsi də bu iradənin təzahürüdür. Cəmil Həsənli dünyaca tanınmış görkəmli alim, Azərbaycan tarixinin həqiqətlərini namusla araşdıraraq dünyaya təqdim etməyi bacaran istedadlı elm xadimi və ən nəhayət öz vətəndaşlıq mövqeyi ilə dünyanın bütün millətlərinə mənsub olan örnək ziyalılardandır.
Əlbəttə, mən şəxsən Cəmil Həsənlinin Azərbaycan naminə ən doğru seçim olduğunu bəyan edir, ona tam dəstəyimi ifadə edirəm. Amma Türkiyənin elm adamları, demokratik təfəkkürlü və vətənpərvər ziyalıları, dövlət adamları belə Cəmil Həsənlinin ən doğru seçim olduğunun fərqindədirlər. Türkiyə toplumunun, məhz, belə bir şəxsiyyəti Azərbaycan prezidenti kimi görmək arzusunu dilə gətirməkdən şərəf duyuram.
Sonda bir mühüm məsələni qeyd etmək istəyirəm. İndi Azərbaycanda mövcud olan diktatorluq mənim canım və Türkiyəm qədər sevdiyim Azərbaycana gəlişimi yasaqlayıb. Əgər belə bir yasaq olmasaydı, böyük məmnuniyyətlə Azərbaycana gələr və onun seçki kampaniyasına bilavasitə qoşular, Azərbaycanın bütün şəhər və kəndlərinə gedərək onun təbliğatını aparardım. Təəssüf ki, belə bir imkanım yoxdur. Amma Türkiyə cəmiyyətindən Cəmil Həsənliyə mənəvi dəstəyin ifadəsi olaraq hər cür kampaniyanın iştirakçısı ve təşkilatçısı olacağımı bəyan edirəm.