Onların sırasında ölkənin tam hərbiləşmiş birləşmələr də var
Dünya Suriyada Bəşar Əsədin hökumət qüvvələrinə qarşı vuruşan yüzlərlə döyüşçünün yer aldığı bir neçə qrup rəsmən “Əl-Qaidə”yə keçdiyini bəyan edib. Bu barədə bü gün jurnalistlərə Suriya müxalifətinin təmsilçiləri bildiriblər. “Əl-Qaidə”yə keçənlər arasında ayrı-ayrı üsyançı qruplar deyil, həm də ölkənin şərqində və şimalında yerləşən tam hərbiləşmiş birləşmələr də var. “Reuters”in müsahibinin dediyinə görə, bu, regionda onsuz da mürəkkəb olan durumu gərginləşdirir. “Bu, radikal qrupların artan nüfuzundan xəbər verir. Nətijədə, bütün region jihad təmsilçilərinin əlinə keçə bilər”,- deyə Rəqqa bölgəsindən olan fəal bildirib. (anspress.com)