Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan parlamentin xarici ölkələrdə hərbi əməliyyatla bağlı qəbul etdiyi qanun layihəsinin müddətinin başa çatmasına münasibət bildirib.
O, ölkəsinin Suriyaya hərbi müdaxilə perspektivini şərh edərkən deyib ki, 4 oktyabrda Türkiyə parlamentinin məlum qərarı cüzi dəyişikliklərlə yenidən qəbul oluna bilər. “Xarici İşlər Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı bu istiqamətdə işlər aparır. Müzakirələr bitib sənəd hazırlanandan sonra bizə təqdim olunacaq. Biz bunu qiymətləndirəndən sonra Türkiyə Böyük Millət Məclisinə təqdim edəcəyik”, – deyə R. T. Ərdoğan Türkiyənin Suriyaya hərbi əməliyyatlara başlayacağı mesajını gizlətməyib.
Türkiyə rəsmisinin sözlərinə görə Türkiyə hər bir səhv addıma qarşı, bütün imkanları ilə hazırdır.