Əli Insanovdan Cəmil Həsənli üçün çağırış

«Səsim çatan hər kəsi layiqli namizəd Cəmil Həsənliyə səs verməyə çağırıram»

Azərbaycanın keçmiş səhiyyə naziri, hazırda həbsdə olan Əli Insanov 9 oktyabr prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bəyanatı sabiq nazirin vəkili Toğrul Babayev “Azadlıq”a təqdim edib. Bəyanatda Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə dəstək ifadə olunub.
“Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərində 1990-cı illərdən yaxşı tanıdığım professor, layiqli ziyalı, Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəkləyirəm. Səsim çatan hər kəsi gələcək fəaliyyətinə böyük ümidlər bəslədiyim, layiqli namizəd Cəmil Həsənliyə səs verməyə çağırıram və ona böyük qələbə arzulayıram”, – deyə Əli Insanov bəyan edib.

Aytən