Kasparov Qərbi diktatorlara qarşı amansız olmağa çağırıb

Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Qərbi Bəşər Əsədə və bu cür diktatorlara qarşı daha amansız olmağa çağırıb. ANS PRESS-in məlumatına görə, bu barədə o, “Time” jurnalında bu gün dərc edilmiş məqaləsində bildirib. Məqalədə Harri Kasparov beynəlxalq ictimaiyyətə üz tutur və bildirir ki, son gedişlər Vladimir Putin və Bəşar Əsədin qələbə çaldığını bildirir, çünki onların rəqibləri olan Obama, Kemeron və başqaları sadəjə başladıqları işi sonna yetirmək istəmədilər.

Kasparov yazır ki, hələ bir az önjə Əsəd bunkerdə gizlənmişdi və kimyəvi silahdan istifadə edərək 1400 həmvətənini qətl etdiyinə görə alacağı zərbələrdən qorxuya düşmüşdü. O, anlayırdı ki, “qırmızı həddi” keçib. Amma şahmatçının fikrincə, indi Suriya liderinin mövqeyi yetərincə möhkəmlənib. Putinlə də bağlı belədir, o da özünü dünya oyuncusu və diplomat kimi aparmaq imkanı əldə edib.

“Azad dünyanın fəaliyyətsizliyi hesabına Pekindən Yəmənə qədər istənilən avtokrat, terrorist və bandit güclənir”,- deyə Kasparov bildirir. Onun fikrincə, Putin indən belə özünü daha rahat hiss edəcək: “Onun təbliğat maşını Qərbə qarşı nifrət yayır. Əslində, isə Rusiyaya zərbəni Qərb deyil, Putin rejimi vurur”,- deyə Kasparov “Time”da çap edilmiş məqaləsində qeyd edib.