Cəbhəçi fəal həbs olundu

Bu gün AXCP Qəbələ rayon şöbəsinin fəalı Tehran Musayev 25 sutka inzibati həbslə cazalandırılıb. Verilən məlumata görə Tehran Musayevin həbsi siyasi sifarişdir və onun seçki öncəsi fəaliyyətini məhdudlaşdırmaq məqsədi güdür. Çünki, Tehran Musayev hər zaman insanlar arasında təbliğat aparır, seçkidə fəal olmağa səsləyir. Tehran Musayevin rayonda aksiya keçirə bilcəyindən ehtiyatlanan hakimiyyət çıxış yolunu onu həbs etməkdə görüb.

Xatırladaq ki, Milli Şuranın 18 avqust mitinqi öncəsi də Tehran Musayev 15 sutka həbs olunmuşdu. Bu dəfə həbs müddətinin 25 sutka olması isə,  Tehran Musayevin 9 oktyabr seçkilərində iştirak etməsinə əngəl törətmək üçündür.