Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi: 1ölü, 8 yaralı

Bakının Səbail rayonu ərazisində, Şıxov yolunda 120 saylı sərnişin avtobusu qəzaya uğrayıb. İçərisi sərnişinlə dolu olan irititumlu avtobus yoldan çıxaraq ağaca çırpılıb.Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, avtobus qəzası nəticəsində 1 nəfər ölüb, 8 nəfər ağır yaralanıb. Dünyasını dəyişən şəxs avtobusun sürücüsüdür. Qəzaya uğrayan avtobusun dövlət nömrə nişanı 10 TF 869-dur. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb. Hazırda polis əməkdaşları hadisə yerindədirlər. Qəzanın baş vermə səbəbləri arşadırılır.