Tənqidçi Elnarə Tofiqqızı vəfat edib. Bu barədə qəzetimizə onun yaxınları məlumat verib. Elnarə xanım bu gün həyata keçirilən ağır əməliyyatdan ayılmayıb. Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakültəsinin dekanı Elnarə Tofiqqızı tanınmış jurnalist Anar Niftəliyevin həyat yoldaşı idi.
Allah rəhmət eləsin. “Azadlıq” qəzetinin əməkdaşları Anar Niftəliyevə və Elnarə Tofiqqızının yaxınlarına başsağlığı verir.