SOCAR İsraildən Türkiyəyə qaz kəməri çəkmək istəyir

Layihə reallaşsa, hər il kəmərlə 16 mlrd. kubmetr qaz nəql olunacaq

SOCAR-ın törəmə şirkəti olan “Turcas” dənizin dibi ilə Israildən Türkiyəyə magistral qaz kəmərinin çəkilməsini təklif edib. Türkiyəyə təklifi ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və şirkətin Direktorlar Şurasının üzvü Metyu Brayza edib. Layihə 2,5 mlrd. dollar həcmində dəyərləndirilir. Kəmərin uzunluğu Aralıq dənizinin dibi ilə Türkiyənin Mersin  limanına qədər 470 km.təşkil edir. Əgər layihə reallaşarsa, kəmərlə hər il 16 mlrd. kubmetr qazın nəqli planlaşdırılır.

Israil bu məlumatı şərh etmir. Lakin məlumdur ki, digər şirkətlər də Türkiyəyə qaz nəql etməyi nəzərdə tuturlar. 

“Zorlu” şirkəti Israillə magistral qaz kəmərinin inşasına və təbii qazın alışına dair danışıqlar aparır. Israilin Aşkelon əyalətində yanacaq-elektrik stansiyasını inşa edən “Zorlu” şirkəti Leviafan üzrə konsorsiumun iştirakçıları ilə danışıqlar aparır. Israildə iki mühüm qaz yatağı var – Tamar və Leviafan. Onların ehtiyatları 453 mlrd. kubmetr həcmndə  dəyərləndirilir və ölkənin minimum 25 il ehtiyaclarını ödəmək üçün kifayətdir. 2013-cü ilin iyununda Israil hökuməti həmin yataqlardan ixracı 40%-dək məhdudlaşdırıb. 

Tamar yatağının operatoru Noble Energy-dir (36% paya malikdir). Leviafan yatağının operatoru Amerikanın “Noble Energy”ÿşirkətidir (39,66% pay). Delek Energy -ÿDelek Drilling və Avner Oilÿşirkətlərinin törəmə şirkətləri layihədə 22,67% paya malikdir, daha 15% isə Israilin Ratio Oil Exploration şirkətinə məxsusdur.

Bundan əvvəl Türkiyənin energetika naziri T.Yıldız Israilə və yunan Kiprinə hər iki ölkənin qaz kəmərlərinin birləşdirilməsini təklif edib. Israil də kənarda qalmayaraq Türkiyəyə onun ərazisi ilə magistral qaz kəmərinin çəkilişini təklif edib. Magistral qaz kəmərinin gücü ildə  

15-16 mlrd. kubmetr qaz olacaq. Israil kəmərin çəkilməsinə hər iki ölkənin qeyri-dövlət sektorunun cəlb olunmasını təklif edib(Turan).