Natiq Kərimov: «Cəmil Həsənlinin televiziya vasitəsilə islamçıları müdafiə etməsi inanclı kəsim üçün ən böyük hədiyyə idi»
Prezidentliyə namizədlərin ITV də təşkil edilmiş ilk debatı cəmiyyətdə böyük maraqla qarşılanıb. Milli Şuranın namizədi Cəmil Həsənli çıxışında ölkədəki bərbad vəziyyətdən, Ilham Əliyevin xalqın qarşısında cavab verməli olmasından söhbət açıb.
Çıxışının sonunda isə Cəmil Həsənli dindarlara qarşı hakimiyyətin iyrənc repressiyasından və bu əməlin ən böyük xəstəlik olmasından danışıb: “Xəstə olmaq, mömin insanın cibinə narkotik atıb, saxta ittihamlarla tutmaq, insanların islam inanclarını narkotikə bulaşdırmaqdır”- deyə Cəmil Həsənli bildirib.
Cəmil Hsənlinin ITV-dəki məlum çıxışına dindar kəsimin nümayəndələri də münasibət bildirib.
Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov bildirdi ki, Cəmil Həsənlinin televiziya ekranından milyonlarla insana reaalıqları çatdırması, dindarlara qarşı kampaniyanı ifşa etməsi, əsl vətəndaşlıq mövqeyi və insanlıq nümunəsidir: “Namizədlərin ilk debatında Cəmil Həsənlinin ən həssas məsələlərə toxunması, dindarları müdafiə etməsi bütün dini cameə tərəfindən müsbət qarşılanıb. Bu gün islamçılar hər yerdə Cəmil Həsənlinin şəffaf və cəsarətli mövqeyindən danışır. Dindarları milyonlar qarşısında müdafiə etmək, inanclı kəsim üçün ən böyük hədiyyə idi. Inşallah, Cəmil Həsənli prezident seçilər, şərlənərək, qondarma ittihamlarla həbs olunmuş inanclı qardaşlarımız da azadlığa çıxar. Biz sona qədər Cəmil Həsənlini dəstəkləyəcəyik və ona inanırıq”.
Ilham Hüseyn