Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı hazırlanan sui-qəsd son anda baş tutmayıb.
Azvision.az-ın Türkiyə mənbələrinə istinadən məlumatına görə, sui-qəsd Ərdoğanın Reyhanlı ziyarəti zamanı həyata keçirilməli imiş. 15 nəfərlik dəstə tərəfindən hazırlanan planın hansı səbəbdən baş tutmadığı dəqiq məlum deyil. İddia edilir ki, sui-qəsdin son anda baş tutmamasına qrup üzvləri arasında fikir ayrılığı səbəb olub.
Bununla belə, dəstə üzvləri sui-qəsdi həyata keçirmək üçün uyğun zamanı gözləyib. Qeyd edək ki, baş nazir Reyhanlıya Hataydakı qətliamla bağlı başsağlığı verməyə getmişdi.