Pərviz Həşimliyə fiziki təzyiqlər var

Onu AXCP sədri Əli Kərimliyə qarşı bəyanat səsləndirməyə məcbur etmək istəyirlər

Sentyabrın 17-də MTN-in həbs etdiyi jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimliyə təzyiqlər var. Bu barədə “Azadlıq” qəzetinin əməkdaşına onun atası məlumat verib.
Kamran Həşimov deyib ki, gecə Pərvizə MTN-də fiziki və psixoloji təzyiq olduğu haqda məlumat alıblar. Təzyiqin məqsədi onu efirə çıxıb AXCP sədri Əli Kərimliyə qarşı bəyanat səsləndirməyə məcbur etməkdir.
Atasının bildirdiyinə görə, Pərviz təzyiqlərə rəğmən, bu istiqamətdə ona olan təkliflərə “yox” deyib.
“Halal zəhmətlə böyütdüyüm oğlum başı kəsilsə də belə namərd işə getməyəcək. O, özü də bildirib ki, heç bir cinayəti yoxdur, heç kimə də böhtan atan deyil. Oğlumu – işi qələm, dəftər olan Pərvizi terrorçu, “Əl-Qaidə”çi etmək istəyirlər. Bacarmayacaqlar”, – deyə Kamran Həşimov bildirib
Qeyd edək ki, bu gün saat 12:00-də RATİ-də Pərvizin işi ilə bağlı atası və dostları mətbuat konfransı keçirəcək.