“AzDrama” dramaturqlardan narazıdır

Yazıçı-dramaturqlar isə öz növbəsində teatr rəhbərliyini ittiham edir

Azərbaycan Akademik Dövlət Dram Teatrının direktoru Israfil Israfilov bir müddətdir ki, yazıçı-dramaturqların əsərlərini tamaşaya qoymaqdan imtina edir. O, bir sıra müəlliflərlə bərabər, yazıçı Firuz Mustafanın da əsərlərini qəbul etmədiyini söyləyib.

Bu arada, publisist Xeyrəddin Qoca Israfil Israfilova açıq məktub yazaraq direktorun ünvanına ağır ittihamlar səsləndirib. Xeyrəddin Qoca direktorun əsərlərini bəyənmədiyi yazıçıların əslində, Azərbaycanda söz sahibi olduqlarını diqqətə çatdırıb.

Məsələ ilə bağlı qarşı tərəf kimi Dram teatrının rəhbərliyini aradıq. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, I.Israfilov ittihamlara cavab vermək istəsə, tezliklə mövqeyini açıqlayacaq: “Ona görə də Israfil müəllimlə məsləhətləşəndən sonra sizə cavab veriləcək. Onun ünvanına səsləndirilən ittihamlarla və saytlarda gedən yazılarla bağlı həmin xəbər portallarına adekvat cavab verib-verməyəcəyini deyəcəyik”.

Informasiya şöbəsi