Türk generalın oğlu rus qızı ilə birlikdə güllələndi

Polis cinayətin rus qızının görüşdüyü bir nəfər tərəfindən törədildiyini düşünür

Kriminal  Türkiyə hərbi hava qüvvələrinin komandirlərində ordu generalı Hasan Hüseyn Demirarslanın oğlu Göktuğ Demirarslan Ankarada yaşadığı evin qarşısında rus qızı ilə birlikdə güllələnib. Polis Cinayətin peşəkarlar tərəfindən deyil, rus qızı Yelena Radçikovanın görüşdüyü bir nəfər tərəfindən törədildiyini düşünür. Göktuğ Demirarslan elm və texnoloji araşdırma qurumu TÜBİTAK-da işləyirmiş. (anspress.com)