Milli Şuranın Seçki Strategiyası Mərkəzinin toplantısı keçirildi

Bu gün Musavat partiyasının mənzil-qərargahında Demokratik Qüvvələrin Milli Şurasının Seçki Strategiyası Mərkəzinin toplantısı keçirilib. Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin sədrliyi ilə keçirilən toplantıda seçki təşviqat kampaniyasının hazırkı durumu, namizədin səlahiyyətli nümayəndələrinin, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müşahidəçilər korpusunun müəyyənləşməsi, 22 sentyabr görüş-mitinqinə hazırlıq və s. məsələlər müzakirə olunub. Toplantı iştirakçıları seçki kampaniyasının gedişi ilə bağlı hazırkı vəziyyəti müzakirə edərək Cəmil Həsənlinin ilk televiziya debatını yüksək qiymətləndiriblər. Yığıncaqda yaxın dövrdə görüləcək işlərlə bağlı iş bölgüsü aparılıb.
Toplantıda Milli Şuraya daxil olan partiya rəhbərləri, komissiya sədrləri, Seçki Qərargahının üzvləri iştirak ediblər.