Proses saat 14.30-da başlayacaq
Qondarma ittihamla həbs olunmuş tanınmış vəkil Qurban Məmmədovun işi üzrə bu gün Nəsimi Rayon Məhkəməsində hazırlıq iclası olacaq. Proses saat 14.30-da başlayacaq.
Xatırladaq ki, hazırlıq iclası sentyabrın 11-də keçirilməliydi. Qurban Məmmədov ittiham aktının ona həmin gün səhər verildiyini əsas gətirərək hazırlıq iclasının təxirə salınmasını xahiş etmişi. Hakim də bununla razılaşmış və prosesi sentyabrın 18-ə təyin etmişdi. Vəkillər Xalid Bağırov və Əsabəli Mustafayev də ittiham aktını almadıqlarını demişdilər və Qurban bəyin təklifini dəstəkləmişdilər.