Suriya-Türkiyə sərhədində partlayış: 7 nəfər ölüb, 20 nəfər yaralanıb

Suriya müxalifətinin təmsilçisi ölkənin şimalında Türkiyə ilə sərhəddə avtomobil partladılıb və nəticədə 7 nəfər həlak olub, 20 nəfər yaralanıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumata görə, bəyanatda bildirilib ki, partlayış Suriyanın İdlib şəhərinin Sərmədə qəsəbəsi ilə sərhəd keçid – məntəqəsi Bab əl-Hava arasında baş verib. Olay baş verən yer Türkiyənin Hatay bölgəsi Reyhanlı qəsəbəsinin Cilvəligöz sərhəd məntəqəsinə yaxındır. Bu ərazi üsyançıların nəzarəti altındadır. Dəməşqdəki rejim bu xəbəri hələlik təsdiqləməyib.