Sabah İlqar Məmmədov məhkəmədə çıxış edəcək

Bu gün Bakı Apelyasiya Məhkəməsində prezidentliyə namizəd İlqar Məmmədovun MSK-ya qarşı qaldırdığı iddiaya baxılıb. Vəkil Xalid Bağırov prosesdə namizədin özünün, İlqar Məmmədovun iştirakının vacibliyi haqqında vəsatət qaldırıb. Məhkəmə heyəti qısa müşavirədən sonra vəsatətin təmin edilməsi haqqında qərar verib və məhkəməni sabah, 18 sentyabr, saat 14:00-a təyin edib.

Sabah REAL Hərəkatının sədri İlqar Məmmədov məhkəmədə iştirak edəcək. Məhkəmə açıq olacaq, jurnalistlər və vətəndaşlar zalda prosesi izləyə biləcəklər. REAL Hərəkatı adından jurnalistləri, media qurumlarının nümayəndələrini, üzvlərimizi, maraqlanan bütün vətəndaşları sabah keçiriləcək məhkəmə prosesinə dəvət edirik. Məhkəmədə İlqar Məmmədov çıxış edəcək!