REAL Cəmil Həsənlini dəstəkləyəcək (VIDEO)

REAL təşkilatının Məclis sədri Erkin Qədirli Londondakı Chatham House təhlil mərkəzinin iclasında çıxış etmək üçün Britaniya paytaxtında səfərdədir.

Ötən gün BBC-ə baş çəkən cənab Qədirli Azərbaycanda seçki qabağı vəziyyət barədə baxışları ilə bölüşüb.

O deyib ki, REAL-ın namizədi İlqar Məmmədovun namizədliyi təsdiqlənməsə, onlar Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləyəcək.

“İqtidar REAL namizədinin qeydiyyata alınmasından çəkindi və yeni nəslin siyasətə gəlməsini əngəlləməyə çalışdı”, Erkin Qədirli deyib.

Erkin Qədirli REAL-ın Azərbaycanın Qərbə inteqrasiyasını dəstəklədiyini deyib.