İrandan Əsədə gözlənilməz zərbə

“Suriyada xalqın seçəcəyi lideri rəsmi Tehran qəbul edəcək”. Bunu İran prezidenti Həsən Ruhani bildirib. İran rəhbəri vurğulayıb ki, Suriya xalqı ölkəni kimin idarə etməsini istəyirsə, İran da onu qəbul edir.
 Ruhaninin bu açıqlaması dünya mediası tərəfindən birmənalı qarşılanmayıb. Bəzi informasiya agentlikləri bunu Bəşər Əsəd rejimini şərtsiz dəstəkləyən Tehranın Suriya hakimiyyətinə ilk zərbəsi kimi dəyərləndirir (Lent.az).