Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında yeni mövsümə start verilir. Təsnifat mərhələləri başa çatdıqdan sonra qitənin 32 ən güclü klubu yarışın əsas hissəsində mübarizəyə başlayır.
8 qrupda mübarizə aparan komandaların iştirakı ilə baş tutacaq I turun 16 oyunu 2 gün ərzində baş tutacaq. A, B, C və D qrupları sabah, digər qruplar isə ertəsi gün meydana çıxacaq.
Azərbaycan təmsilçisinin olmadığı yarışda ölkəmizin futbol azarkeşlərinin diqqəti Türkiyə təmsilçisi “Qalatasaray”a yönələcək. Qitə nəhənglərinin mübarizəsində futbolsevərlərimiz qonşu ölkə təmsilçisinə azarkeşlik edəcək.
İstanbullular ilk görüşü öz meydanında keçirəcək. Onlar yarışın ən titullu klubu “Real”ı qəbul edəcək. “Cim-Bom” dünyanın ən bahalı futbolçuları Qaret Beyl və Kriştianu Ronaldonun komandası ilə görüşdə qalib gəlməyə çalışacaq. İstanbuldakı qarşılaşmanı qrup mərhələsinin ilk gününün ən maraqlı oyunlarından biri də saymaq olar.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur
17 sentyabr
A qrupu
23:45. “Mançester Yunayted” (İngiltərə) – “Bayer” (Almaniya)
23:45. “Real Sosyedad” (İspaniya) – “Şaxtyor” (Ukrayna)
B qrupu
23:45. “Kopenhagen” (Danimarka) – “Yuventus” (İtaliya)
23:45. “Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya)
C qrupu
23:45. “Olimpiakos” (Yunanıstan) – PSJ (Fransa)
23:45. “Benfika” (Portuqaliya) – “Anderlext” (Belçika)
D qrupu
23:45. “Bavariya” (Almaniya) – MOİK (Rusiya)
23:45. “Viktoriya” (Çexiya)– “Mançester Siti” (İngiltərə)
18 sentyabr
E qrupu
23:45. “Şalke” (Almaniya) – “Styaua” (Rumıniya)
23:45. “Çelsi” (İngiltərə) – “Bazel” (İsveçrə)
F qrupu
23:45. “Napoli” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)
23:45. “Marsel” (Fransa) – “Arsenal” (İngiltərə)
G qrupu
23:45. “Atletiko” (İspaniya) – “Zenit” (Rusiya)
23:45. “Austriya” (Avstriya) – “Porto” (Portuqaliya)
H qrupu
23:45. “Milan” (İtaliya) – “Seltik” (Şotlandiya)
23:45. “Barselona” (İspaniya) – “Ayaks” (Hollandiya)