Aksiya ünvanı Yasamal rayonunda yerləşən Idman-Sağlamlıq Kompleksinin stadionudur
Milli Şura sentyabrın 22-də mitinq keçirmək üçün ötən gün Bakı Şəhər Icra Hakimiyyətinə (BŞIH) müraciət edib. Bu barədə qurumun mitinqlər komitəsinin sədri Asəf Quliyev “Azadlıq”a açıqlamasında bildirdi ki, BŞIH-ə müraciətlərində Yasamal rayonunda yerləşən Idman-Sağlamlıq Kompleksinin stadionunu istəyiblər: “Mitinq saat 16:00-dan 18:00-a qədər davam edəcək”.
Asəf Quliyev onu da bildirdi ki, BŞIH-ə müraciətdə mitinqdə 10 min nəfərin iştirak edəcəyi ilə bağlı da qeyd edilib: “Artıq plakatlar hazırlanıb. Əsas şüar isə ”Bəsdir!”dir”.
Ramin