Vaşinqtonda hərbi bazaya hücum: 12 ölü

Terrorçulardan biri öldürülüb

Vaşinqtonda Hərbi Dəniz qüvvələrinin bazasında bir neçə adamın ölümünə səbəb olmuş atışmanı törədən silahlı şəxslərdən biri öldürülüb. Polis hadisəni törətməkdə şübhəli bilinən daha iki şəxsin axtarışının davam etdirildiyini bildirib.

Vaşinqton şəhərinin polis idarəsinin rəisi Keti Lanier silahlı şəxsin hansı şəkildə öldüyü haqda məlumat verməyib. O, yaralananların sayını təsdiq etməyib, lakin bildirib ki, bir polis zabiti də daxil olmaqla onların hamısının sağalacağı gözlənilir.

Keti Lanier Federal Təhqiqatlar Bürosunun təhqiqat apardığını bidlirib. Təhlükəsizlik qüvvələri bazada axtarışı davam etdirir.

Vaşinqton şəhərinin meri Vinsent Qrey ABŞ Hərbi Dəniz qüvvələrinin komandanlığının qərargahında baş vermiş hadisə nəticəsində bir neçə nəfərin həyatını itirdiyini bildirib. Mediada ölənlərin sayının altı nəfərə çatdığı haqda məlumat verilib.

Ağ Evdə danışan prezident Obama federal və yerli rəsmilərə hadisəni törəndələrin tez zamanda ədalət məhkəməsi qarşısına çıxaılması üçün birgə iş aparması haqda göstəriş verdiyini deyib. ABŞ prezidenti daha bir kütləvi atışma hadisənin baş verdiyini deyib. O əlavə edib ki, hadisə qurbanlarının ailələri və yaxınlılarının Amerikanın sevgisi və dəstəyinə ehtiyacı var.

ABŞ Hərbi Dəniz qüvvələrinin öncə verdiyi məlumata əsasən, naməlum silahlı şəxs komandanlığın binasının daxilində səhər atəş açıb. Media hadisənin üç silahlı şəxs tərəfindən törədildiyini bildirir. ABŞ-ın kütləvi informasiya vasitələri dörd adamın öldüyü haqda məlumat verib.  Təxminən 10 nəfərin yaralandığı bildirilir. Onlardan birinin polis zabiti olduğu deyilir.

Amerikanın Səsi xəbər verir ki, atışma nəticəsində 12 nəfər ölüb.
 
ABŞ Hərbi Dəniz qüvvələrinin komandanlığının bazasında təxminən 3 min adam çalışır. Baza ABŞ Konqresinin binasının iki kilometrliyində yerləşir.
 
Ağ Ev prezident Obamanın vəziyyəti izlədiyini bildirib.