Suriya ordusu xristianların yaşadığı Maaloula şəhərini üsyançılardan geri almaq üçün geniş miqyaslı hərbi əməliyyatlara başlayıb. Suriya ordusu “An- Nusra” qruplaşmasının mövqelərinə hava zərbələri endirib.
Nəticədə 300-400 arası üsyançı öldürülüb. Suriya ordusuna yaxın olan mənbələr usyançılrın tərəfindən döyüşən silahlıların şəhəri tərk edib, dağlara çəkimlək üzrə olduğunu bildiriblər.
İTAR TASS-ın əməkdaşının verdiyi məlumata görə, Suriya ordusuna məxsus tank usyançılar tərəfindən vurulub. Nəticədə ekipaj üzvlərindən biri həlak olub, digər ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Suriya ordusu yaxın 2-3 gün ərzində şəhərə tam nəzarət edəcəyini açıqlayıb. Maaloula şəhərinə Suriya ordusunun hücumları davam edir.