Bəylər Əyyubovun qohumlarına üst-üstə 9 il 6 ay həbs cəzası verildi

General Bəylər Əyyubovun qohumlarına üst-üstə 9 il 6 ay həbs cəzası verilib. Bu barədə musavat.com-a məlumatlı mənbə xəbər verib. Bildirilir ki, Əyyubovun bacısı oğlu Osman İsayev, onun əmisi oğlu Sultan İsayev, eləcə də, Rauf və Amil adlı daha iki gəncə hökm oxunub.
Həbs edilənlər Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurlar. Onlar dava-dalaş törətməkdə təqsirləndirilirdilər.