Beynəlxalq komissiya: “Əsəd rejimi işgəncə yuvası qurur”

BMT-nin Suriya üzrə Müstəqil Araşdırma Komissiyasının sədri Paulo Sergio Pinheiro, Cenevrə BMT İnsan Haqları Şurasında komissiyanın hesabatını verib.

ANS PRESS-in “Anadolu Agnetliyi”nə istinadən verdiyi xəbərə görə, Suriyanın hər yerində vətəndaşların rejim qüvvələri tərəfindən bombardmana məruz qaldığını deyən Pinheiro, hazırda çox sayda qəsəbə və kəndlərin mühasirədə saxlanıldığını və hökumətin nəzarət məntəqələrində nsanlara qarşı sistematik işgəncələrini tətbiq olunduğunu söyləyib.

Radikal müxalifətçilərin isə ölkənin şimalındakı bölgələrdə vətəndaşları hədəf aldığını qeyd edən komissiya sədrinin sözlərinə görə, onlar döyüş üsullarından mülki əhalinin arasında terror hadisələrini artırmaq üçün istifadə edir.

Kimyəvi silahdan istifadəni müharibə cinayəti adlandıran Pinheiro, kimyəvi silahlar məsələsini araşdıran BMT komissiyasından cavab gözlədiklərini, bununla belə öz işlərinə davam etdiklərini bildirib.

Ölkənin 14 şəhərindən 12-sinin hökumət tərəfindən havadan və artilleriyadan raket zərbələrinə məruz qaldığını söyləyən komissiya sədrinin nikrincə, bu bombardmanlar beynəlxalq hüquqa ziddir.

Hökumət qüvvələrinin sağlamlıq mərkəzlərinə xəstəxanalara də hücumlar etdiyini Pinheiro, Suriyanın jurnalistlər üçün də getdikcə təhlükəli bir yer olmağa başladığını qeyd edib.