Rəşadət Axundovu babasının yasına buraxmadılar

Babasının ölümündən sonra N!DA-çı Rəşadət Axundovun evə buraxılması üçün müraciətə mənfi cavab verilib. Bu haqda “Azadlıq” radiosuna vəkil Rəşid Hacılı bildirib.

«Dedilər ki, bu kimi hadisələr zamanı istintaq təcridxanalarından indiyədək heç bir məhbus evə buraxılmayıb. Amma Rəşadət Axundov kimi həbs olunan şəxslər barəsində belə qərarlar adətən hüquqi deyil, siyasi çərçivədə həll olunur. O səbəbdən də mütləq yuxarılara müraciət olunmalıdır. Prinsipcə, onun evə buraxılması mümkündür. Prokurorluq icazə verərsə, onu buraxa bilərlər».

N!DA-çı Rəşadət Axundovun babası Əyanət Axundov sentyabrın 13-də nəvəsinə əlavə ittiham xəbərini eşidəndən sonra damarlarını kəsib. Xəstəxanaya yerləşdiriləndən bir neçə saat sonra isə ölüb.