Nazir müavini işlətdiyi fəhlələrin pulunu vermir

Vergilər nazirinin birinci müavini Natiq Əmirovun Siyəzən rayonundakı üzüm plantasiyalarında çalışan yerli sakinlər maaşlarını ala bilmir. Bu barədə Moderator.az-a adıçəkilən rayonun bir qrup sakini məlumat verib. Siyəzən sakinlərinin sözlərinə görə, Natiq Əmirovun üzüm plantasiyalarındakı məhsul artıq satılsa da ancaq çalışan işçilərin maaşları verilməyib.  

Işçilər yeni tədris ilinin artıq başlandığını, ali və orta məktəbə gedən övladlarının tələbatlarını ödəmək üçün maaşlarının tezliklə verilməsini tələb edir. 

Əslən Şabran rayonundan olan Natiq Əmirovun bu bölgədə böyük biznesi var. Nazir müavininə məxsus üzümçülük təsərrüfatı, həmçinin, şərab zavodu fəaliyyət göstərir.