Günün ulduz falı (15.09.2013)

QOÇ

Bu gün şən və müsbət bir aurada isti əlaqələr qura bilərsiniz. Səyahətə çıxa bilər, sevdiyinizlə birlikdə əyləncəli vaxt keçirə bilərsiniz. Gələcəklə bağlı istəklərinizi dostlarınızla paylaşa bilərsiniz.

BUĞA

Bu günə qədərki həyatınızı gözdən keçirin. Ancaq hazırkı vəziyyətə əvvəllər olduğu kimi çox əhəmiyyət verməyəcək və inkişafları müşahidə edəcəksiniz. Yaxınlarınızla əlaqəniz yaxşılaşacaq.

ƏKIZLƏR

Bir az pessimist, bir az gərgin olacaqsınız. Bu rəftarınız narahatlıqdan qaynaqlanacaq. Əhvalınızı yüksəltməli, xərcləmələrinizə diqqət yetirin. Sevdiyiniz şəxsə qarşı  daha anlayışlı olmalısınız.

XƏRÇƏNG

Özünüzü daha yaxşı hiss edəcəyiniz bir gündür. Sevdiyinizə qarşı daha isti və anlayışlı davranacaq, birlikdə dəvət və yığıncaqlara qatılacaqsınız. Ayrıca kimlərisə evinizə dəvət edə bilər, yaxınlarınızla əyləncəli vaxt keçirə bilərsiniz. 

ŞIR

Spirtli içkilərə və yağlı yeməklərə aludə olmayın. Əks halda bunun nəticəsində sağlamlıq problemləriylə qarşılaşacaqsınız. Uzaqlara getmək istəyi keçəcək ürəyinizdən. Ulduzlar yolçululuğa hazırlaşmağa etiraz etmir.

QIZ

Günün hadisələrinə müsbət baxışla baxacaqsınız. Bu gün çətin situasiyaya düşsəniz belə mövzunu uzatmayıb anlayışlı davranacaqsınız. Sevdiyinizlə aranızdakı əlaqələr sıx və isti olacaq. Birlikdə əyləncə yerlərinə və dəvətlərə gedə bilərsiniz.

TƏRƏZI

Həyatınızı və düşüncələrinizi dəyişdirə biləcək olaylar istisna deyil. Sürətli qərar verməyi bacaracaqsınız. Olayları izləmək çox xoşunuza gələcək. Özünüzü yüngül və xoşbəxt hiss edəcəyiniz bir gündür.

ƏQRƏB

Əhvalınızı yüksək tutmağa çalışın. Pessimizmdən uzaq durum, qara fikirləri qəlbinizdən çıxarın. Güclü enerjiniz olduğu üçün özünüzü idarə edə biləcək, sakit davranmağı bacaracaqsınız.

OXATAN

Bu gün dostlarınızdan aldığınız bir dəvətə bir az istəksiz gedəcəksiniz. Ancaq tanış olacağınız kəslərlə əyləncəli vaxt keçirəcəksiniz. Fərqli kəslərlə qarşılaşa bilər, alışdığınız tərzin tamamilə əksi olduğu halda dost ola bilərsiniz. Hətta aşiq olmanız belə mümkün.

OĞLAQ

Sevdiyinizlə duyğularınızı paylaşa bilər, birlikdə xoş vaxt keçirə bilərsiniz. Bürcün tənha nümayəndələrinin yarlarını tapmaq ehtimalı var. Getdiyiniz yığıncaqlarda qarşılaşacağınız şəxslərə təsir edəcək qədər cazibədar görünə bilərsiniz.

DOLÇA

Enerjinizi istifadə etmək üçün istəyinizə çatmaq istiqamətində özünüzü hazırlayın. Sevdiyiniz adamla aranızdakı əlaqələr bir az gərgin ola bilər. Aranızda anlaşılmazlıq yaşanacaq. Səbəbli və ya səbəbsiz ayrılıq da gözlənilir.

BALIQLAR

Bu gün bir az gərgin ola bilərsiniz. Gərəksiz mübahisələrə girişməyin. Qatılacağınız dəvət və yığıncaqlarda uzun zamandır görmədiyiniz bir dosta rast gələcəyiniz istisna deyil.