“Azərbaycan Dövlət Dəmiryolları İdarəsi “ ASC-nin sədri Arif Əsgərovun bir qrup iş adamının cəmi 48 milyon manat pulunu aldatma yoluyla mənimsəməkdə iştirak etdiyi deyilən digər qohumu Moskvaya qaçıb. Bu barədə “Virtualaz.org” saytı zərərçəkmiş sahibkarlardan birinə istinadla məlumat verib. Saytın yazdığına görə, qalmaqalla bağlı dərc edilmiş məlumatlardan və “Azərbaycan Dövlət Dəmiryolları İdarəsi “ ASC-nin mətbuat xidmətinin yaydığı açıqlamadan sonra redaksiya ilə əlaqə saxlayan mənbə bildirib ki, A.Əsgərovun baldızı oğlu olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Gürcüstanla sərhəddə saxlanılan Rahib Hüseynovun qardaşı, bu iri maliyyə fırıldağına qarşıan Emin Hüseynov ölkəni tərk edib.
E.Hüseynovun qardaşının həbsindən sonra ölkəni tərk etdiyi, hazırda Moskvada olduğu bildirilir. Mənbə bildirir ki, hazırda o Moskvadadır və Arif Əsgərovun oğlunun şirkətinə üst-üstə kredit şəklində 48 milyon pul vermiş sahibkarlarla zəngləşir. A.Əsgərovun oğlu, 28 yaşlı Elnar Əsgərov “Liman Group” şirkətinin rəhbəridir. Bu şirkət tikinti, ticarət və digər işlərlə məşğul olur.
Sahibkarların dediyinə görə, E.Hüseynov onlarla söhbətlərində israr edir ki, bütün pullar E.Əsgərova çatdırılıb, yəni onlarlıq bir iş yoxdur. Mənbə “Azərbaycan Dövlət Dəmiryolları İdarəsi “ ASC-nin mətbuat xidmətinin yaydığı təkzibdə yer alan məlumatın, yəni həbs olunan şəxsin uzun müddətdir bu idarədə işləmədiyi haqda deyilənlərin də doğru olmadığını bildirir. Məlumata görə, R.Hüseynov idarənin marketinq və tarif şöbəsindəki işindən həbsindən cəmi bir-iki gün əvvəl azad edilib.