Milli Şuranın 22 sentyabra təyin edilən mitinqi Yasamal rayon Idman-Sağlamlıq Kompleksinin stadionunda keçiriləcək. Bu barədə “Azadlıq”a AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. O, bildirib ki, aksiya üçün təklif olunan yerlər müzakirə edilərkən sözügedən stadion daha məqsəduyğun sayılıb.
“Əslində bura da aksiya keçirilməsi üçün əlverişli deyil. Və hakimiyyət faktiki olaraq sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır. Yasamal rayon Idman-Sağlamlıq Kompleksinin stadionu sadəcə aksiya üçün ayrılan digər yerlərə nisbətən bir qədər yaxşıdır. Ona görə buranı seçdik”, – deyə Asəf Quliyev bildirib.
Xatırladaq ki, Milli Şuranın ilk mitinqi avqustun 18-də “20-ci sahə”də keçirilib.