Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimli ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 9 oktaybr prezident seçkilərini müşahidə edəcək Müşahidə Missiyasının rəhbərliyi ilə görüşüb. Mərkəzdən Moderator.az-a verilən məlumata görə, Müşahidə Missiyası siyasi və hüquq məsələləri üzrə müavinləri Vadim Zdanoviç və Pavel Kabcenko ilə keçirilən görüşdə ölkədki seçkiqabağı durum müzakirə edilib.
Pərviz Həşmli seçici siyahıları sahəsindəki nöqsanlar, müxalifətin seçki məntəqələrində müşahidəçi qismində qeydiyyatı sahəsindəki əngəllər və bir sıra məsələlər barəsində Müşahidə Missiyasının rəhbərliyinə məlumat verib.
Müzakirələr zamanı Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin seçkilərin müşahidəsi ilə bağlı ATƏT-in Müşahidə Missiyası ilə əməkdaşlığına da toxunulub. Qeyd edək ki, Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi Bakının bir neçə rayonlarında o cümlədən Gəncə, Goronboy, Mingəçevir şəhərində seçkilərin müşahidəsini təşkil edəcək. Seçkilərlə bağlı ortaya çıxan nöqsanlar hesabat şəklində Müşahidə Missiyasına təqdim ediləcək.
Hüquq müdafiəçisi ATƏT Müşahidə Missiyasının rəhbərliyi ilə görüşdü
•