Saatlı sakini Cəmil Həsənlini dəstəklədiyinə görə döyülüb

Saatlı rayonunun Gomuşlu kənd sakini Ruslan Əhmədov dünən  rayon polis şöbəsində döyülüb. Buna səbəb onun Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənliyə dəstək üçün imza verməsi olub. R.Əhmədovun Turan-a verdiyi məlumata görə, onu, rayon polis şöbəsinə çağırıblar, müxalifətlə ünsiyyətdə və müxalifət namizədinə imza verməkdə ittiham edərək döyüblər: “Onlar məni üzümdən, başımdan, qabırğalarımdan vurublar. Tibb müəssisələri məni müayinə etməkdən imtina edir və 102-yə müraciət etməyi tövsiyə edirlər”.

Bu yaxınlara qədər R.Əhmədov hakim Yeni Azərbaycan Partiyasının üzvü idi. Lakin yerli hakimiyyətin özbaşınalığına etiraz olaraq o, öz partiya biletini prezident Ilham Əliyevə göndərib. Bundan başqa, R.Əhmədov “facebook” səhifəsində rayon rəhbərliyini tənqid edib.