«Traktor»-un oyununda polis tamaşaçılara hücum edib

 

Güney Azərbaycanın Təbriz şəhərində futbol üzrə  yerli «Traktor»-un oyunundan sonra polis yenə kütləv həbslər həyata keçirib. «Traktor» Ənzəlinin «Mələvan» adlı klubunu qəbul edib. Oyun zamanı tamaşaçılar çeşidli şüarlar, o cümlədən Azərbaycan türklərinin Milli-mədəni haqlarının təmini ilə bağlı şüarlar söyləyiblər. Polis onlara hücum edərək, şüar söyləməmələrini tələb edib. Dəyənəklərlə tamaşaçılara hücum edən polis qüvvələri onlarla «Traktor» tərəfdarını həbs edib. Hələlik onlardan ikisinin adı bilinir – Hüseyn Əliməhəmmədi və Fərzad Məhdəvi. Tutulanlardan xəbər yoxdur. (lent.az)