Mərkəzi Seçki Komissiyası sentyabrın 13-də prezidentliyə namizədlərin qeydiyyatını başa çatdırıb.
Bu gün REAL hərəkatının sədri İlqar Məmmədov, VİP sədri Əli Əliyev və ADP sədri Sərdar Cəlaloğlunun qeydiyyatı məsələlərinə baxılıb.
Sərdar Cəlaloğlu qeydə alınıb. İlqar Məmmədov və Əli Əliyev isə qeydə alınmayıb.
MSK-nın məlumatına görə, İlqar Məmmədova yığılan 41247 imzadan 4982-i etibarsız çıxıb.
Əli Əliyevə isə 42634 imza yığılıb ki, bunlardan da 5571-i etibarsız çıxıb.
Namizədin qeydə alınması üçün 40 min etibarlı imza tələb olunur.