Milli Şuranın (MŞ) Londona səfər edən nümayəndələri – MŞ-in prezidentliyə vahid namizədi Cəmil Həsənli və İcra Aparatının rəhbəri Eldar Namazov Böyük Britaniyanın bir neçə qeyri-hökumət qurumlarının təmsilçiləri, insan haqları müdafiəçiləri, Böyük Britaniya parlamentinin üzvləri, Londondkı Azərbcan diasporunun üzvləri ilə görüşüb. Görüş Azad Söz Mərkəzində və Böyük Britaniyanın xarici işlər üzrə Kral İnstitutunda baş tutub. Cəmil Həsənli və Eldar Namazov Azərbaycandakı siyasi durum, seçki öncəsi vəziyyət, eləcə də Milli Şuranın məramları ilə bağlı Böyük Britaniya təmsilçilərinə məlumat veriblər.
“Beynəlxaq təşkilatların nümayəndələri ilə, dünya mediasnın təmsilçiləri ilə görüşdük. Milli Şuranın vahid namizədinin mövqeyi onlara çatdırıldı. Eyni zamanda, Böyük Britaniyanın xarici işlər nazirliyndə görüş keçirik. Bu görüşdə Böyük Britaniyanın xarici işlər nazirliyini 6 nəfər təmsil edirdi. Ətraflı müzakirələrimiz oldu”,- deyə Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov bildirib (ans press).
Londondakı görüşdə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun da iştirakı gözlənilsə də, o bu müzakirələrə qatılmaqdan imtina edib. Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinin Britaniya paytaxtına səfərini özü təşkil etdiyini də demişdi. Lakin Rüstəm İbrahimbəov mətbuata açıqlamasında bildirib ki, Londona səfər etməkdən daha vacib işləri olduğu üçün bu görüşlərə qatılmayıb.