İbrahimbəyov London səfərini təxirə saldı

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli və Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun London səfəri davam edir. Sentyabrın 12-də Londona getməli olan Milli Şura sədri Rüstəm İbrahimbəyov isə səfərini təxirə salıb.
İbrahimbəyov “aznews.az”ın sorğusuna cavab olaraq deyib ki, Moskvada daha vacib işləri çıxdığı üçün Londona gedə bilməyib.

E.Namazov isə APA-ya açıqlamasında R.İbrahimovun bir müddətdən sonra Londona səfər edəcəyini deyib: “Rüstəm müəllim bu dəfə görüşlərə qatılmayacaq. Ancaq bir müddət sonra Londona səfər edərək, burada görüşlər keçirəcək”.