Suriya BMT-yə rəsmi ərizə verib

BMT Suriyadan kimyəvi silahların qadağan edilməsi ilə bağlı beynəlxalq konvensiyaya qoşulmaq barədə ərizə aldığını bəyan edib. Bunu jurnalistlərə təşkilatın nümayəndəsi Farkhan Khak  deyib. Suriya prezidenti Bəşər Əsəd bundan əvvəl  Rusiya televiziyasına müsahibəsində  ölkənin kimyəvi silahlarının beynəlxalq nəzarətə veriləcəyini vəd eləmişdi. Qeyd edək ki, bu təklifi bu günlərdə Rusiya edib.Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Con Kerri  bu gün Cenevrədə bu məsələni müzakirə eləməlidirlər. Lavrov  Qazaxıstana səfəri zamanı  bildirib ki, bu müzakirələrdə  BMT və Ərəb Dövlətləri Liqasının  nümayəndələri də iştirak edə bilər. Təklifdə məqsəd Suriyaya hərbi müdaxilədən qaçmaqdır. ABŞ buna gərə Suriyaya qarşı hərbi planlarını dayandırmalı olub.