Səhiyyə naziri Rövnəq Abdullayevə “yox” dedi

ARDNŞ şefinin xəstəxanasına lisenziya verilmir

Səhiyyə Nazirliyi Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə məxsus “Modern” hospitalına lisenziya verməkdən itina edib. Bu barədə “moderator.az” saytı məlumat yayıb.
Məlumata görə, lisenziya probleminin həlli üçün Rövnəq Abdullayev şəxsən səhiyyə naziri Oqtay Şirəliyevə telefon açıb. Ancaq ARDNŞ şefi səhiyyə nazirindən “yox” cavabını alıb.
Saytı məlumatlandıran mənbə deyib ki, Rövnəq Abdullayevin yeni lisenziya almaq istəyi hospitalda Doğuş Şöbəsinin açılması ilə bağlıdır.