İçi sərnişinlə dolu mikroavtobus qəzaya düşdü

“Ford” markalı mikroavtobus Bakıya hərəkət edən “Jiquli” ilə toqquşub

Biləsuvar rayonunda sərnişin daşıyan mikroavtobusla “Jiquli” toqquşub. ANS PRESS–in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ələt-Astara mgstral yolunun Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, sərnişinlə dolu olan “Ford” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobililə toqquşub. Qəza zamanı bir nəfər sərnişinin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.